Suqovuşanda ticarət mərkəzi inşa olunacaq
Sosial
Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq.
News24.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Müqavilədə ticarət mərkəzinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqaviləyə əsasən, ticarət mərkəzinin layihəsi 64.664 manata hazırlanacaq.(İqtisadiyyat.az)