"Sürətli nəqliyyat vasitəsi olduğu üçün özüm də metroya minirəm" - Vüsal Aslanov

"Sürətli nəqliyyat vasitəsi olduğu üçün özüm də metroya minirəm" - Vüsal Aslanov Sosial

"Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində danışıb.

“Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm - həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra minin. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizə birbaşa təsir edən məsələdir”.