Sürücülər diqqətli olsun: Bakının bu hissəsində hərəkət çətinləşəcək
Sosial
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparılacaq.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunub.