Tanınmış aparıcı mətbuat katibi təyin olundu

Tanınmış aparıcı mətbuat katibi təyin olundu Sosial

Tanınmış aparıcı Nurlan Valehoğluna yeni vəzifə verilib.

News24.az xəbər verir ki, şərhçi bu barədə sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, bu gündən etibarən Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat katibi vəzifəsində fəaliyyət göstərəcək.

N.Valehoğlu qeyd edib ki, "CBC Sport"dakı fəaliyyətini əvvəlki kimi (menecer, şərhçi-aparıcı) davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevdir.