TƏBİB-dən valideynlərə VACİB XƏBƏRDARLIQ: Uşaqlar bu yaşlarda...

TƏBİB-dən valideynlərə VACİB XƏBƏRDARLIQ: Uşaqlar bu yaşlarda... Sosial

TƏBİB uşaqlar üçün peyvəndlərin yaş üzrə tətbiq olunan təqvimini açıqlayıb.

News24.az xəbər verir ki, qurumun paylaşdığı məlumata əsasən, doğuşdan sonra ilk 12 saat ərzində Hepatit B-yə qarşı (HepB) peyvənd, həmçinin vərəmə qarşı BCG vaksini tətbiq olunur

Peyvənd təqvimi belədir:

2 aylıqda:

Heksavaksin – difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofilik infeksiya və poliomielitə qarşı;

Pnevmokok infeksiyalarına qarşı (PK).

3 aylıqda

Heksavaksin.

4 aylıqda:

Heksavaksin;

Pnevmokok infeksiyalarına qarşı (PK).

6 aylıqda:

bOPV – poliomielitə qarşı;

Pnevmokok infeksiyalarına qarşı (PK).

12 aylıqda:

QPM – qızılca, epidemik parotit və məxmərəkə qarşı.

18 aylıqda:

bOPV – poliomielitə qarşı;

GDT – göyöskürək, difteriya və tetanusa qarşı.

6 yaşında:

QPM – qızılca, epidemik parotit və məxmərəkə qarşı;

DT – difteriya və tetanusa qarşı.