Telefonla çox şəkil çəkmək yaddaşınızı zəiflədə bilər

Telefonla çox şəkil çəkmək yaddaşınızı zəiflədə bilər Sosial

ABŞ-də aparılan yeni araşdırma göstərib ki, smartfonla davamlı şəkil çəkmək və ekran görüntüsü almaq yaddaşı zəiflədə və yaşanan anların beyində qalıcı xatirəyə çevrilməsinə mane ola bilər.

News24.az xəbər verir ki, Binqemton Universitetinin alimləri 892 iştirakçı ilə yeddi fərqli təcrübə keçiriblər.

Nəticələrə görə, hansısa anın fotosunu çəkən və ya ekran görüntüsünü alan insanlar həmin hadisənin təfərrüatlarını daha çətin xatırlayıblar.

Təcrübələr zamanı iştirakçılara müxtəlif sənət əsərləri göstərilib. Onların bir qismindən sadəcə, əsərlərə baxmaları, digər qismindən isə ekran görüntüsü almaları istənilib.

Yalnız baxan iştirakçıların görüntüləri daha dəqiq və detallı xatırladığı müəyyənləşib.

Mütəxəssislər bu vəziyyəti “koqnitiv yükün ötürülməsi” adlandırırlar. İnsan beyni məlumatın foto və ya başqa vasitə ilə saxlanıldığını bildikdə, həmin məlumatı yadda saxlamaq üçün daha az səy göstərir.

Araşdırmaçılar həmçinin qeyd edirlər ki, şəkil çəkərkən diqqətin ekrana yönəlməsi insanın yaşadığı ana tam fokuslanmasına mane ola bilər.

Xüsusilə önəmli anlarda davamlı foto çəkmək həmin xatirələrin yaddaşda daha zəif qalmasına səbəb ola bilər.