"Telegram" “App Store”-dan silindi

"Telegram" “App Store”-dan silindi Sosial

"Telegram” mesenceri “App Store” tətbiq mağazasından silinib.

News24.az xəbər verir ki, “iOS” sistemində axtarış sətrinə “Telegram” yazdıqda onun əvəzinə “WhatsApp” və “Instagram” tətbiqləri göstərilir.

Rəsmi sayt vasitəsilə mesenceri yükləməyə cəhd edildikdə isə "Axtardığınız səhifə tapılmadı" bildirişi görünür.

Bununla yanaşı, “Android” əməliyyat sisteminə malik smartfonlarda belə bir problem müşahidə olunmur.