Telegramda məlumatlar yayan polislərə cinayət işi - AÇILDI

Telegramda məlumatlar yayan polislərə cinayət işi - AÇILDI Sosial

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşlarına qarşı cinayət işi açılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, Krasnodar və Krasnoyarsk, eləcə də Belqorod vilayətlərində məhdud giriş məlumatlarının qeyri-qanuni ötürülməsi halları müəyyən edilib.

Qeyd edilir ki, məlumatların açıqlanmasından sonra məlumat Telegram messencerinin kanallarından birində yayılıb. İstintaq çərçivəsində Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, həmçinin Belqorod vilayətində axtarışlar aparılıb. Təhlükəsizlik qüvvələri istintaqla bağlı sənədləri ələ keçirib.

Hazırda məlumatların ötürülməsində iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilir.