"Threads" istifadəçilərinin sayını - artır
Sosial
Threads böyüməyə davam edir və 200 milyon istifadəçiyə çatır.
News24.az xəbər verir ki, Instagram prezidenti Adam Mosseri Threads-in 200 milyon aktiv istifadəçiyə çatdığını təsdiqləyib.
Threads'ın dünya miqyasında böyüməsi dayanmadan davam edir. Platforma 2024-cü ilin aprelində 150 milyon istifadəçiyə çatıb və iyul ayında ilk ildönümündə 175 milyon istifadəçini keçib.
Qeyd edək ki, Threads-in əsas rəqibi X (keçmiş Twitter) may ayında aylıq 600 milyondan çox istifadəçiyə sahib idi. Meta öz istifadəçilərinə alternativ onlayn müzakirə məkanı kimi Threads təklif etməyi hədəfləyir.
Günel Məlikzadə