Turanın axtarışları üçün çayda suyun səviyyəsi endirildi – YENİLƏNDİ
Sosial
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.
News24.az xəbər verir ki, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir. (Report)
**19:14
Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb.
News24.az xəbər verir ki, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb.
Hazırda məktəblinin axtarış-xilasetmə tədbirləri davam etdirilir. (Qafqazinfo)
T. Mirişovun fotosunu təqdim edirik: