Turizmlə bağlı vacib proqram: Quru sərhədlər açılacaq? - Açıqlama

Turizmlə bağlı vacib proqram: Quru sərhədlər açılacaq? - Açıqlama Sosial

Turizmlə bağlı vacib proqram: Quru sərhədlər açılacaq? - Açıqlama

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə turizm sektorunun inkişafı, mövcud potensialın daha səmərəli istifadəsi və beynəlxalq turizm bazarında Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından yeni hədəflər müəyyənləşdirir. Sənəddə turizm infrastrukturunun təkmilləşdirilməsi, regionların turizm imkanlarının genişləndirilməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi və xidmət keyfiyyətinin artırılması kimi istiqamətlər xüsusi əhəmiyyət daşıyır.

Bəs dövlət proqramı ilə Azərbaycanın turizm sektorunun prioritet sahə elan edilməsi quru sərhədlərin açılmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda uzun illərdir turizm sektorunun inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, ölkənin ayrı-ayrı regionlarında mövcud turizm potensialının hərəkətə gətirilməsi istiqamətində müxtəlif addımlar atılır və qəbul edilən dövlət proqramları bu tədbirlərin daha da gücləndirilməsinə şərait yaradır:

"Qeyri-neft sektorunun inkişafı baxımından turizm əsas istiqamətlərdən biri hesab olunmalıdır. Çünki bir sıra ölkələr öz təbii və coğrafi imkanlarından səmərəli istifadə edərək turizm hesabına böyük gəlirlər əldə edirlər. Azərbaycanın isə bu sahədəki potensialından hələ də lazımi səviyyədə yararlana bilmədiyini vurğulayıb. Turizmin dövlət səviyyəsində prioritet sahə elan edilməsi qarşıdakı illərdə bu istiqamətə daha çox diqqət ayrılmasının vacibliyini göstərir. Bununla yanaşı, yalnız infrastruktur layihələrinin həyata keçirilməsi kifayət deyil. Müxtəlif dövlət qurumlarının da turizm siyasətinin mahiyyətini dərindən anlaması və sahibkarlıq subyektlərinin fəaliyyətinə dəstək verməsi zəruridir".

Deputatın fikrincə, quru sərhədlərinin açılması həm turizm inkişafına, həm də vətəndaşların qonşu ölkələrə səfər etməsi baxımından çox yaxşı addım olar:

Koronavirus infeksiyasına görə quru sərhədlərimiz illərdir ki, bağlıdır. Bu da təbii ki, həm turizm inkişafına, həm də daha bir neçə məsələyə mənfi təsir göstərir. Turizm sektorunun inkişafı üçün xidmət sahəsindən tutmuş yol polisi və vergi orqanlarına qədər bütün aidiyyəti qurumlar sahibkarların fəaliyyətini asanlaşdırmalıdırlar. Çünki bir çox hallarda sahibkarlar kredit əlçatanlığı ilə bağlı çətinliklərlə yanaşı, müxtəlif bürokratik maneələrlə də üzləşirlər. Bu problemlərin aradan qaldırılması insanların öz vəsaitlərini turizm sektoruna yönəltməsi və güclü infrastrukturun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır".un formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır".

Turizmlə bağlı vacib proqram: Quru sərhədlər açılacaq? - Açıqlama