Türkiyədə xəstəxanadan qaçan məhkum belə yaxalandı
Sosial
Türkiyədə müalicə üçün Karabükdə xəstəxanadan qaçan məhkumu polis həbs etdi.
News24.az xəbər verir ki, oğurluqda təqsirli bilinən şəxs 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Həmin şəxs müalicə məqsədi ilə Karabük Təhsil və Araşdırma Xəstəxanasına aparılarkən Karabük T Tipi Cəzaçəkmə Müəssisəsindən qaçıb.
Yenidən həbs olunan şəxs adiyyəti üzrə təhvil verilib.
Ağa Dadaşzadə