Türkiyəli nazir Azərbaycan şəhidlərinin xanımları ilə görüşdü - FOTO
Sosial
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş azərbaycanlı şəhidlərin həyat yoldaşları ilə görüşüb.
News24.az xəbər verir ki, bu barədə o, sosial media hesablarında bildirib.
"Türkiyə Qardaşlıq Toplantısında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəhidlərimizin dəyərli həyat yoldaşları ilə görüşdük.
Əziz Azərbaycandan gələn qonaqlarımızı öz ailələrimizin üzvləri kimi qəbul edirik və "bir millət, iki dövlət" şüarı ilə qardaşlıq bağlarımızı möhkəmləndirməyə davam edirik.
Qəhrəmanlarımızı mərhəmət və hörmətlə anır, qardaş və bacılarımızla birliyimizin əbədi olmasını arzulayırıq", - deyə nazir yazıb. /unikal.az
