Üç rayonun bəzi ərazilərində qaz olmayacaq
Sosial
Sabah saat 09:30-dan Ağstafa rayonunun Yuxarı Göycəli, Tatlı, Köhnə Qışlaq kəndlərinin və Tovuz rayonunun Aşağı Quşçu kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
News24.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bundan başqa, Qəbələ rayonu, Nic qəsəbəsi, Mirzəbəyli, Daşca, Mıxlıqovdaq, Yemişənli, Zarağan kəndləri ərazisində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.