Ukraynalı uşaqlar Azərbaycana gətirildilər

Ukraynalı uşaqlar Azərbaycana gətirildilər Sosial

Ukraynada Azərbaycana reabilitasiya üçün göndərilən uşaqların növbəti qrupu bu gün Kiyevdən yola salınıb.

News24.az xəbər verir ki, növbəti qrup Maripuol şəhərindən qaçqın düşən ailələrin uşaqlarıdır.

Yola salınma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Fərid Babayev də iştirak edib. Səfir Seymur Mərdəliyev Azərbaycanın humanitar yardımda daim fəal olduğunu xatırladaraq, ukraynalı uşaqların reabilitasiyası üçün qəbulunun da bunun bir hissəsi olduğunu deyib. Bildirilib ki, bununla indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 630-a çatıb. Azərbaycan dövləti tərəfindən humanitar missiya bundan sonra da davam etdiriləcək.

Mariupol merinin müavini Yuri Pivovarov bildirilib ki, bu gün 30-dan çox uşaq yola salınır.

"Bu gün burada olmaq, ilk qrup mariupolllu uşaqları Azərbaycana yola salmaq şərəfdir. 30-dan artıq uşağı yola salmaq üçün buradayıq. Hamısı Mariupoldandırlar. Bu uşaqlar Azərbaycan tərəfindən reabilitasiyaya qəbul olunacaq. Buna görə Azərbaycan dövlətinə dərin təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Mən Azərbaycan səfiri Mərdəliyevə, əziz həmkarıma bu təşəbbüsə, köməyə, müşayiətə və ümumiyyətlə, bütün bunlara himayəsinə görə təşəkkür etmək istəyirəm. Biz bunu son dərəcə yüksək qiymətləndiririk", - deyə Yuri Pivovarov əlavə edib.