Uşaq bağçada hazırlıq kursuna gedirsə, məktəbə problemsiz - QƏBUL OLUNACAQ

Uşaq bağçada hazırlıq kursuna gedirsə, məktəbə problemsiz - QƏBUL OLUNACAQ Sosial
Uşaq bağçada məktəbəhazırlıq kursuna gedirsə, birinci sinfə problemsiz qəbul olunacaq.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib: «Uşaqlar məktəbdə deyil, bağçalarda məktəbə hazırlaşırsa da, valideynlər naharat olmasınlar».

İ.Abdullayeva onu da əlavə edib ki, mətkəbəqədər uşaqlara vahid məktəbli geyimi tətbiq edilməyəcək: «Azyaşlıları müəyyən çərçivəyə salmaq düzgün deyil». 

İ.Abdullayeva bildirib ki, kənd məktəbəqədər hazırlıq qruplarında uşaqların sayı minumum 10 nəfərdir: «Bu say şəhər məktəbəqədər hazırlıq qruplarında 15 nəfərdir. 'Həm kənd, həm də şəhər məktəbəqədər hazırlıq qruplarında təhsil alacaq uşaqların sayı maksimum 30 nəfər ola bilər".

Afaq Mirayiq