Vəbadan ölənlərin sayı artdı
Sosial
Nigeriyanın şimal-şərqində vəba xəstəliyinə yoluxanların sayı may ayında başlayandan bəri 74 ölüm hadisəsi ilə 7850-yə çatıb.
News24.az xəbər verir ki, bu epidemiya milli səhiyyənin təcili vəziyyəti kimi qəbul edilir və beynəlxalq tədbirlər də daxil olmaqla, bütün səylər epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün göstərilir.
Epidemiyanın episentri hazırda Brno əyalətinin paytaxtı Mayduguridə yerləşir və yoluxma hallarının yarısından çoxu burada qeydə alınıb. Ümumilikdə xəstəlik 36 rayona yayılıb.
3 iyun tarixinə olan məlumata görə, Borno ştatının hakimiyyət orqanları 4204 yoluxma hadisəsi və vəbadan 39 ölüm hadisəsi barədə məlumat verib.