Vətəndaşlar evdən çıxmaq üçün SMS xidmətindən gündə bir dəfə - İSTİFADƏ EDƏ BİLƏR
Sosial
Evdən çıxmaq istəyən vətəndaşlar SMS-lə 8103 qısa nömrəsinə yazaraq icazə əldə etmək xidmətindən gündə bir dəfə istifadə edə bilər.
News24.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctiamiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
O, eyni zamanda qeyd edib ki, icazə SMS-i gəldikdən sonra bunu təxirə salmaq olmaz: "Yəni, icazədən yalnız SMS üçün cavab gəldikdən sonrakı 2 saat ərzində istifadə etmək olar".