Vətəndaşlar sığorta şəhadətnaməsini “myGov”dan əldə edəcək
Sosial
Vətəndaşlar yaxın zamanda icbari tibbi sığorta şəhadətnaməsini “myGov” portalından əldə edə biləcəklər.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov məlumat verib.
Bildirilib ki, həmçinin növbəti mərhələdə vətəndaşlara tibbi göndəriş üzrə tibb müəssisəsini elektron qaydada seçmək imkanı yaradılacaq. Tibbi xidmətdən sonra məmnunluq sorğusunun keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, hazırda “myGov” portalının “Tibbi göndəriş məlumatlarım” bölməsində vətəndaşlar onlara verilən tibbi göndərişlər barədə məlumat əldə edə bilirlər.