Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - Foto
Sosial
"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov özünə yeni müşavir təyin edib.
News24.az xəbər verir ki, o, bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elgün Rəsulov sədrin müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Rəsulov bundan əvvəl 2022-2026-cı illərdə "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvü və sədrinin müşaviri vəzifələrində çalışıb.
2022-ci ildə isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri olub. 2006-2022-ci illərdə isə bank sektorunda şöbə, departament müdiri və müşavir vəzifələrində fəaliyyət göstərib./iqdisadiyyat.az
