Xalq artistinə - YÜKSƏK VƏZİFƏ VERİLDİ

Xalq artistinə - YÜKSƏK VƏZİFƏ VERİLDİ Sosial
Xalq artisti Fidan Hacıyevaya vəzifə verilib. Sənətçi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru təyin edilib.

Xalq artistiniin News24.az-a bildirib ki, uşaqlarla işləmək onun hər zaman ən böyük arzusu olub. Onlarınn yüksək musiqi zövqünün formalaşması üçün əlindən gələni etməyə hazırdır: "Bütün təcrübəmi, musiqi bilgimi uşaqlarla paylaşacam. Tələbələrim çoxdur, onların bir neçəsi artıq dünya səhnələrində çıxış edir, bundan sonra isə yetirmələrim daha çox olacaq".