Xalq artistinə ölümündən sonra Avropaya giriş icazəsi verildi

Xalq artistinə ölümündən sonra Avropaya giriş icazəsi verildi Sosial
Ötən ilin avqust ayında dünyasını dəyişən Rusiyanın xalq artisti İosif Kobzon haqda məlumat yayılıb.

News24.az xəbər verir ki, ifaçının ölümündən 6 ay sonra Avropa İttifaqı onun adını Ukraynaya görə salınan qara siyahıdan çıxarıldığını bildirib.

Bu barədə məlumat rəsmi jurnalda qeyd olunub.

Qeyd edək ki, İosif Kobzonun adı 2015-ci ilin fevralında Krımın Rusiyaya birləşdirilməsinə dəstək verdiyi üçün Ukraynanın qara siyahısına salınmışdı.

Teymur MƏMMƏDOV