Xəzər sahilində - İMƏCİLİK OLACAQ

Xəzər sahilində - İMƏCİLİK OLACAQ Sosial
Avqustun 9-da Xəzər dənizinin sahilində böyük iməcilik keçiriləcək.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, iməcilik 12 avqust - Xəzər dənizi günü münasibətilə keçiriləcək.

F.Əliyev vurğulayıb ki, iməcilik Buzovna çimərliyində baş tutacaq. Nazirlik rəsmisi hər kəsi iməcilikdə aktiv iştirak etməyə çağırıb./trend/