Xəzərin suyun səviyyəsinin azalması sürətlənə bilər

Xəzərin suyun səviyyəsinin azalması sürətlənə bilər Sosial

Xəzər dənizində suyun səviyyəsi azalmaqda davam edir və yaxın 5–10 il ərzində bu proses daha da sürətlənə bilər.

News24.az xəbər verir ki, son 20 ildə dəniz Azərbaycanın sahillərindən 15–20 kilometr geri çəkilib.

Qazaxıstanda isə sahil xətti 35 kilometr dəyişib. Oxşar vəziyyət Türkmənistan və İranda da müşahidə olunur.

Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun aparıcı əməkdaşı Pyotr Buxaritsinin sözlərinə görə, yaxın illərdə Xəzər dənizinin səviyyəsi mənfi 31 metr həddinə qədər enə bilər. Bu isə sahilyanı bölgələr üçün, xüsusilə turizm və balıqçılıq sahələrində ciddi iqtisadi problemlər yarada bilər.

Dağıstanda əvvəllər birinci sahil xətti hesab edilən hotellərin sahibləri obyektlərinin uzun müddətdir dəniz kənarında yerləşmədiyini bildiriblər.

Alimlər ehtiyat edirlər ki, Xəzər dənizi 1960-cı illərdə insan fəaliyyəti nəticəsində qurumağa başlayan və sonradan iki hissəyə parçalanan Aral dənizinin taleyini təkrarlaya bilər.

Həmin hissələrdən biri tamamilə yox olub, digəri isə xeyli dayazlaşıb.

Tədqiqatçıların fikrincə, Xəzərdə müşahidə olunan bu tendensiya qarşıdakı onillikdə də davam edəcək. /Shot/