Xəzər sürətlə quruyur - Bu balıqların nəsli kəsilə bilər
Sosial
Xəzər dənizində suyun səviyyəsi növbəti 50 il ərzində davamlı şəkildə azalacaq.
News24.az xəbər verir ki, bu barədə BMT-nin açıqlamasında qeyd edilib.
Fəlakətin miqyası artıq kosmosdan da aydın görünür: Peyk görüntülərindən aydın olur ki, yeni əmələ gələn qum sahilləri balıqçı qəsəbələrini və liman infrastrukturunu sahil xəttindən faktiki olaraq təcrid edir.
Suyun çəkilməsinə əsas səbəb kimi qlobal istiləşmə göstərilir ki, bu da yüksək buxarlanmanı kritik dərəcədə artırır.
Regionun unikal ekosistemi ciddi təhlükə altındadır. Su hövzəsinin sürətlə quruması bir çox fauna növünün, o cümlədən nərə balıqlarının yox olmasına gətirib çıxara bilər.
Çünki hazırda Xəzər dənizində onların dünya üzrə populyasiyasının təxminən 90 faizi cəmləşib.