Yasamalda içməli su xəttində qəza baş verdi
Sosial
Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.
Bu barədə News24.az-a Economics İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.