Yasamalda şagirdin öldüyü məktəbə psixoloqlar cəlb edildi
Sosial
Bakının Yasamal rayonunda şagirdin öldüyü məktəbə psixoloqlar cəlb edilib.
Bu barədə News24.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 225 nömrəli tam orta ümumtəhsil məktəbində olublar. Məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib. Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.