Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı məsələ ilk oxunuşdan keçdi
Sosial
Gələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
News24.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.
Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən ediləcək.
Ehtiyac meyarının həddi də 314 manat proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdi.
Bu o deməkdir ki, 2027-ci il üçün ölkə üzrə yaşayış minimumu 14 manat artırılacaq.
Qanun layihələri müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib./Qafqazinfo/