Yeni trendə fərqli baxışlar: Dəstək də var, etiraz da

Yeni trendə fərqli baxışlar: Dəstək də var, etiraz da Sosial

Son vaxtlar körpənin cinsiyyətinin xüsusi mərasimlərlə açıqlanması trendi cəmiyyət arasında müxtəlif reaksiyalara səbəb olur. Bəzi insanlar bu ənənəyə normal yanaşsa da, digərləri onu birmənalı qarşılamır.

Bir qrup vətəndaş hesab edir ki, bu cür mərasimlər sadəcə xoş bir ailə anıdır və sevinc paylaşımı kimi qəbul olunmalıdır. Digərləri isə bunun doğru olmadığını düşünür.

Mövzu ilə bağlı narazı yanaşanlar bildirirlər ki, mentalitet baxımından hamiləliyin bu qədər nümayiş etdirilməsi düzgün deyil. Onların fikrincə, “göz var” və uşağın doğulmasına qədər bu cür məlumatların açıq şəkildə paylaşılması hər zaman müsbət qarşılanmır. Həmçinin qeyd edilir ki, hər şeyin vaxtında və yerində açıqlanması daha məqsədəuyğundur.

Ətraflı RTV-nin sorğusunda:

Gülçin Abdullayeva