Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sosial
Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.