Zəlzələdə elektrik stansiyasına ziyan dəyib? - RƏSMİ AÇIQLAMA
Sosial
Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 gücündə qeydə alınan zəlzələdən sonra "AzərEnerji" ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.
Bunu News24.az-a qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, heç bir problem qeydə alınmayıb.