Zərdabda pambıqtəmizləyən traktor aşdı - FOTOLAR

Zərdabda pambıqtəmizləyən traktor aşdı - FOTOLAR Sosial
Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika Ucar rayonunun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb. Nəticədə qaz xətti qırılıb.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.


Zərdabda pambıqtəmizləyən traktor aşdı - FOTOLAR