İzmirdə Xocalı soyqırımı yad ediləcək
Sosial
Türkiyənin İzmir şəhərində Xocalı faciəsi yad ediləcək.
News24.az xəbər verir ki, tədbir fevralın 26-da Çağdaş Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq.
Dərnəyin sədri Camal Mehmetxanoğlunun verdiyi məlumata görə, İzmirdəki Xocalı abidəsi ziyarət ediləcək.