Bayden Çinin planını rədd edir
    • 25-02-2023, 13:10
    • 283

Bayden Çinin planını rədd edir

ABŞ Prezidenti Co Bayden Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında irəli sürdüyü sülh planının yalnız Rusiyanın xeyrinə işlədiyini qeyd edib.

News24.az  xəbər verir ki, dövlət başçısı bu fikirləri “ABC News”a verdiyi müsahibədə bildirib.

“Əgər Putin planı alqışlayırsa, bu necə yaxşı ola bilər?”, - deyə Bayden bildirib. 

Prezident vurğulayıb ki, Çinin haqsız müharibənin nəticəsini müzakirə etmək niyyətində olması irrasionaldır.