Rusiyada “Xoca” filminin özəl nümayişi olub
    • 25-02-2023, 18:02
    • 191

Rusiyada “Xoca” filminin özəl nümayişi olub

Bu gün Rusiya paytaxtı Moskvada yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş və azərbaycanlı rejissor Vahid Mustafayevin işi olan “Xoca” döyüş filmininözəl nümayişi keçirilib.

Pavilyon direktoru Səadət Kadırova çıxış edərək tarixin gənc nəslə çatdırılmasının vacibliyindən danışıb.

“Biz qəsdən gəncləri dəvət etdik. Çünki gələcəyimizi onlar quracaqlar. Biz gənc nəslin təkcə tarixin yaxşı günlərini deyil, həm də kədərli günlərini bilməsini vacib hesab edirik. Bu ağrı qəlbimizdə əbədi yaşayacaq. Qarabağda 44 günlük müharibə zamanı düşmənə cavabımızı verdik və bütün dünya ictimaiyyətinə özümüzü qoruya bilən, çətinliklərin öhdəsindən gələ bilən xalq olduğumuzu sübut etdik”, - o deyib.

Tədbirdə həmçinin azərbaycanlı alim və tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO şöbəsinin dosenti Rizvan Hüseynov onlayn rejimdə çıxış edib.

Bundan əlavə, pavilyonda Xocalıda baş verən hadisələri özündə əks etdirən rəsm sərgisi də nümayiş etdirilir. /Report/