Miqrantları daşıyan qayıq qəzaya uğradı - Çox sayda ölən və itkin düşən var
    • 27-02-2023, 09:31
    • 188

Miqrantları daşıyan qayıq qəzaya uğradı - Çox sayda ölən və itkin düşən var

İtaliyanın cənub sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

News24.az
xəbər verir ki, qəza Krotone şəhərinin ərazisində baş verib. Fırtına zamanı həddindən artıq dolu taxta qayıq qayalıqlara çırpılıb.

Qayıqda 200-ə yaxın sərnişin olduğu, onlardan 60-a yaxını, o cümlədən yeni doğulmuş körpənin öldüyü bildirilib. 80 isə miqrant xilas edilib.

Hazırda İtaliya sahil mühafizəsi itkin düşənlərin axtarışını davam etdirir.

Qayıq Türkiyədən yola çıxıb. Ölənlər Əfqanıstan, İran və Pakistandan olan qaçqınlardır. Qanunsuz daşımaların təşkilatçısı artıq polis tərəfindən saxlanılıb. /Rent Tv/

Teymur MƏMMƏDOV