Milli Qvardiyanın helikopteri qəzaya uğradı - ÖLƏNLƏR VAR - VİDEO
    • 6-12-2019, 10:26
    • 885

Milli Qvardiyanın helikopteri qəzaya uğradı - ÖLƏNLƏR VAR - VİDEO

Milli Qvardiyanın helikopteri qəzaya uğrayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-da yaşanıb. "UH-60 Black Hawk" helikopteri Minnesota ştatında qəzaya uğrayıb. Helikoperdə olan üç nəfərin öldüyü bildirilib.

Məlumata görə, helikopter sınaq uçuşu edərkən, uçuşdan doqquz dəqiqə sonra radarlardan itib və Sent-Klaud şəhərindən 16 mil (təqribən 26 km) cənub-qərbdə qəzaya uğrayıb. Qəzanın səbəbi hələ müəyyənləşdirilməyib. Qəza ilə bağlı Minnesota qubernatoru Tim Vals  Milad ağacının işıqlandırılması mərasimini ləğv edib.