Bu yollarda sürət həddi endirildi
    • 27-02-2023, 10:00
    • 121

Bu yollarda sürət həddi endirildi

Dumanlı hava şəraiti ilə əlaqədar Bakının əsas magistrallarında sürət həddi azaldılıb.

Bu barədə News24.az -a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  (NNİM) bildirilib.

Qeyd olunub ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.