Bu yollarda sürət həddi endirildi
    • 24-02-2023, 11:15
    • 261

Bu yollarda sürət həddi endirildi

Hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi aşağı salınıb.

News24.az
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.