-
- 27-02-2023, 10:09
- 254
Dumanlı hava nə vaxtadək davam edəcək?
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova News24.az -a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub.
G.Məmmədovanın sözlərinə görə, duman nəticəsində Bakıda və Abşeron yarımadasında, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar rayonlarında görünüş məsafəsi 50 -500 metrədək məhdudlaşıb.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti fasilələrlə martın 1-i axşamadək davam edəcək.