İdmançılarımız beynəlxalq turnirdən medal qazandılar

İdmançılarımız beynəlxalq turnirdən medal qazandılar Gündəm
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.

Federasiyadan News24.az -a verilən məlumata görə, onlar kişi badmintonçuların qoşa kateqoriyasında beynəlxalq turniri ikinci pillədə tamamlayıblar.
Mübarizəyə 1/16 finaldan başlayan cütlük İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəliblər.

Edi-Ezmi tandemi həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19:21,18:21) hesabı ilə məğlub olublar.