"Kəpəz" 6 ildən sonra ardıcıl iki qələbə qazandı
    • 27-02-2023, 10:35
    • 260

"Kəpəz" 6 ildən sonra ardıcıl iki qələbə qazandı

"Kəpəz" 6 ildən sonra Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

News24.az  xəbər verir ki, tarixi qalibiyyət Gəncə təmsilçisinin səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə yendiyi XXIV tur oyununa təsadüf edib. "Sarı-göylər" XXIII turda evdə "Şamaxı"ya qalib gəlib - 3:2.

"Kəpəz"in sonuncu belə uğurunu 2016/2017 mövsümündə əldə edib. 2017-ci ilin aprelində qərblilər ardıcıl 4 matçda üç xal qazanıb. Gəncəlilər 2017/2018 mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.

Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.