-
- 27-02-2023, 12:22
- 350
Baş Prokurorluq Bərdədə regional konfrans keçirəcək
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən martın 3-də Bərdə şəhərində ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
News24.az xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy və Quba şəhərlərində də regional konfranslar təşkil olunub.