Meyxanaçı Ağakərim dəfn edildi - Yeniləndi - Foto-Video
Gündəm
Meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada dəfn edilib.
News24.az xəbər verir ki, əvvəlcə mərhumun Maştağada yerləşən evində vida mərasimi baş tutub.
Mərasimdə meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
Mərhumun nəşi Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Kərim Novruzov ötən gün vəfat edib.
***
Ötən gün vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) son mənzilə yola salınır.
News24.az xəbər verir ki, mərhum Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızıb. Bundan sonra onun səhhətində ciddi problemlər yaranıb.