Türkiyədəki zəlzələdə 11 qohumunu itirən deputat: “Heç birinin dəfninə gedə bilmədim”
    • 27-02-2023, 12:46
    • 150

Türkiyədəki zəlzələdə 11 qohumunu itirən deputat: “Heç birinin dəfninə gedə bilmədim”

Türkiyənin Hatay vilayətindəki zəlzələdə millət vəkili Mehmet Güzelmansurun 11 qohumu vəfat edib.

News24.az xəbər verir ki, o, dəhşətli faciə ilə bağlı danışarkən qohumlarının dəfnində iştirak edə bilmədiyini deyib.

“Heç birinin dəfninə gedə bilmədim, öz ağrılarımı yaşaya bilmədim. Çünki insanlar bizdən ümid gözləyir”, - deyə deputat bildirib.