Azadlığa buraxılan müğənni Dənizlə bağlı yeni qərar verildi
Hadisə
Xəbər verildiyimiz kimi, bir neçə gün əvvəl Binəqədi rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxmış lakin bu ittihamların əsassız olduğunu bildirərək sənətçiyə bəraət vermişdi.
News24.az-ın əldə etdiyi məlumata görə, vəkil məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində C.Osmanlının müğənni Dəniz Əsədovaya verilən bəraətdən şikayətinə baxılıb.
Lakin məhkəmə hökmü qanuni hesab edərək və bəraəti qüvvədə saxlayıb.
Qeyd edək ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb etmişdi.
Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmiş, daha sonra cəzası daha 1 ay artırılmışdı. Lakin bir neçə gün əvvəl Prezidentin imzaladığı Amnistiya aktı ilə müğənni azadlığa buraxılıb.
Onu da qeyd edək ki, Cavidan Osmanlı bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.