Azərbaycanda həyat və qeyri-həyat sığortası artdı
    • 27-02-2023, 13:40
    • 291

Azərbaycanda həyat və qeyri-həyat sığortası artdı

2023-cü ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 34 mln. 153 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 81 mln. 309 min manat sığorta haqqı toplanılıb.

News24.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə həyat sığortası üzrə yığımlar 36% və ya 9 mln. 152 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 9.7% və ya 7 mln. 191 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 4 dəfə artaraq 19 mln. 673 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 56.6% artaraq 7 mln. 197 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar ayında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 57.3 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar ayında 19.3 manata bərabər olub. Bu ilin yanvar ayı ərzində qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 8.9 manat təşkil edib ki, bu göstərici ötən ilin yanvar ayında 6.2 manata bərabər idi.