5,3 bal gücündə zəlzələ oldu
    • Bu gün, 09:19
    • 192

5,3 bal gücündə zəlzələ oldu

Cənubi Afrika Respublikasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 2,8 min nəfər əhalisi olan Brandvley bölgəsindən 101 km qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.