Qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunmasına başlanıldı

Qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunmasına başlanıldı Gündəm
Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib.

News24.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri jurnalistlərə açıqlamasında Vüqar Süleymanov deyib.

O bildirib ki, hazırda proses seçim mərhələsidir: "Qadınlar ərazilərdə minaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar".