İran dövlət televiziyasında xalq mahnımız erməni dilində səsləndirildi - Video

İran dövlət televiziyasında xalq mahnımız erməni dilində səsləndirildi - Video Gündəm

Azərbaycanın xalq mahnısı "Sarı Gəlin" İran dövlət televiziyasında erməni dilində səsləndirilib.

News24.az İran mediasına istinadən xəbər verir ki, sözügedən mahnını erməni əsilli iranlı bəstəkar Araz Trosyan (Araz Dareh) ifa edib.

Erməni və fars dillərində ifa edilən mahnı "Sarı Ağçık" adı ilə təqdim edilib.

Qeyd edək ki, İranın rəsmi xəbər agentliyi də Azərbaycanın xalq mahnısını "erməni musiqisi" kimi qələmə verib.